İyun 17, 2018 19:02 Asia/Baku
  • İran və Azərbaycanın nəzarət qurumları arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və Azərbaycanın nəzarət qurumları arasında əməkdaşlıq sənədi imzalanıb

İranın Yoxlama Təşkilatının sədri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Tehranda əməkdaşlıq sənədini imzalayıblar.

İranın Yoxlama Təşkilatı sədri Nasir Sirac bazar günü bu sənədin imzalanmasından sonra Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevlə birgə mətbuat konfransında deyib: İran və Azərbaycan Respublikasnın nəzarət qurumları arasında iki ölkə arasındakı əməkdaşlıq sənədi iki ölkə arasında 12-ci əməkdaşlıq sənədidir. 

OMBUDSMAN vətəndaşların idarə qurumları və qeyri-hüquqi işlərlə bağlı şikayətlərini araşdıran dairələrdir. 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də bu mətbuat konfransında ümidvarlıq edib ki, İran və Azərbaycanın nəzarət qurumları arasında əməkdaşlıq sənədinin imzalanması iki ölkə arasında korrupsiya ilə mübarizədə yeni səhifənin açılmasına müjdə verəcək. 

Əliyev xatırladıb: Tehran və Bakı korrupsiya ilə mübarizədə regional əməkdaşlığı inkişaf etdirməyə ehtiyaclıdırlar. 

Teqlər