Azərbaycanın bir sərhədçisi yaralanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i314392-azərbaycanın_bir_sərhədçisi_yaralanıb
İran İslam Respublikası və Azərbaycan Respublikası sərhədində Cəlilabad rayonunda sərhədi pozan şəxslərlə qarşıdurmada bir azərbaycanlı sərhədçi yaralanıb və xəstəxanaya aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 08:22 Asia/Baku
  • Azərbaycanın bir sərhədçisi yaralanıb

İran İslam Respublikası və Azərbaycan Respublikası sərhədində Cəlilabad rayonunda sərhədi pozan şəxslərlə qarşıdurmada bir azərbaycanlı sərhədçi yaralanıb və xəstəxanaya aparılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası sərhədçilərinin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir neçə güllə yarası alan sərhədçi üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma aparılır. Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.