İran və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i315594-İran_və_azərbaycan_arasında_mədəniyyət_sahəsində_əməkdaşlıqların_genişləndirilməsi_yolları_araşdırılıb
İran İslam Respublikasının mədəniyyət və islami maarifləndirmə naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında baş tutan görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni əməkdaşlıq sahələri araşdırılıb, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi üzrə anlaşma sənədlərinin icrasına təkid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2018 09:38 Asia/Baku
  • İran və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb
    İran və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb

İran İslam Respublikasının mədəniyyət və islami maarifləndirmə naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında baş tutan görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni əməkdaşlıq sahələri araşdırılıb, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi üzrə anlaşma sənədlərinin icrasına təkid edilib.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycanın Mədəniyyət Nazirliyində baş tutan görüşdə İranın mədəniyyət və islami maarifləndirmə naziri Seyid Abbas Salehi iki ölkə arasındakı mədəni və tarixi ortaqlıqlara işarə edərək, deyib: İran və Azərbaycanın mədəniyyət nazirlikləri keçmişdə imzalanmış anlaşma sənədlərini icra etməklə yanaşı, yeni əlaqələrin qurulmasına da diqqət ayrıa bilərlər.

Seyid Abbas Salehi bakıda İran Mədəniyyət Həftəsinin keçirilməsini də mədəniyyət və incəsənət sahəsində yeni əməkdaşlıqların formalaşması üçün bir fürsət adlandırıb və deyib: Bir mədəniyyət naziri kimi mənim bu tədbirlərdə iştirak etməyim İranın bu əlaqələrə olan diqqətinin nişanəsidir.

Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev də bu görüşdə ilk olaraq ötən il İranda  Azərbaycan Mədəniyyət Həftəsinin keçirilməsinə görə öz təşəkkürünü bildirib və deyib: Tarixi və mədəni ortaqlıqları nəzərə alaraq Azərbaycanda İran Mədəniyyət Həftəsinin keçirilməsi bizim üçün böyük önəm kəsb edir və biz bu tədbirin ən yaxşı formada keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

İranın mədəniyyət və islami maarifləndirmə naziri Azərbaycanda keçirilən İran Mədəniyyət Həftəsində iştirak etmək üçün dünən Bakıya səfər edib.

Bu gündən etibarən Bakıda start götürən İran Mədəniyyət Həftəsi 30 iyun tarixinə kimi davam edəcək. İran Mədəniyyət Həftəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində müxtəlif mədəniyyət və incəsənət proqramları icra olunacaq.