Azərbaycan və İran arasında mədəniyyət və incəsənət əməkdaşlıqlarının inkişafı vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i315630-azərbaycan_və_İran_arasında_mədəniyyət_və_incəsənət_əməkdaşlıqlarının_inkişafı_vurğulanıb
Azərbaycan Respublikası Dövlət Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri bu respublika ilə İran İslam Respublikası arasında mədəniyyət və incəsənət əməkdaşlıqlarının inkişaf etdirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 14:48 Asia/Baku
  • Azərbaycan və İran arasında mədəniyyət və incəsənət əməkdaşlıqlarının inkişafı vurğulanıb

Azərbaycan Respublikası Dövlət Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri bu respublika ilə İran İslam Respublikası arasında mədəniyyət və incəsənət əməkdaşlıqlarının inkişaf etdirilməsini istəyib.

Ağaverdi Paşayev cümə axşamı günü İRNA ilə müsahibədə Bakıda İran Mədəniyyət Günlərinin Başlanmasına toxunaraq deyib: Belə günlərin təşkil olunması iki ölkənin mədəni və ictimai münasibətlərinin möhkəmlənməsi ilə nəticələnəcək.

İranın Mədəniyyət Günləri çərşənbə günü İran İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Abbas Salehinin iştirakı ilə Azərbaycan Respublikası paytaxtı Bakıda başlayıb.