İyul 04, 2018 10:55 Asia/Baku
  • Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub
    Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Azərbaycan Respublikasına Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb.

Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.

 

Teqlər