İranın səhiyyə naziri Azərbaycan prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i317503-İranın_səhiyyə_naziri_azərbaycan_prezidenti_ilə_görüşüb
İran İslam Respublikasının səhiyyə naziri bu gün Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2018 12:49 Asia/Baku
  • İranın səhiyyə naziri Azərbaycan prezidenti ilə görüşüb
    İranın səhiyyə naziri Azərbaycan prezidenti ilə görüşüb

İran İslam Respublikasının səhiyyə naziri bu gün Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb.

İranın səhiyyə naziri Seyid Həsən Qazızadə Haşemi bu görüşdə İranın dərman şirkətlərinin Azərbaycan respublikası ilə strateji əməkdaşlıq planı hazırlamalarından xəbər verib.

İranın səhiyyə naziri həmçinin, Tehranın Azərbaycan Respublikası ilə tibb, səhiyyə və dərman preparatları sahəsində əməkdaşlığa hazır olduğunu bildirib və deyib: Ümidvarıq iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə hər iki ölkə xalqının rifahı və inkişafı üçün daha yaxşı şərait yaranmış olsun.

Seyid Həsən Qazızadə Haşemi həmçinin, İranın tibb sahəsində yaxşı inkişafa nail oldğunu deyərək, Tehranın öz təcrübələrini Azərbaycan Respulikası ilə bölüşməyə hazır olduğunu deyib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bu görüşdə İranlı mütəxəssisləri Azərbaycanın təhsil ocaqları və tibb mərkəzlərində iştiraka dəvət edərək, deyib: İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün lazımi göstərişlər verilib və Azərbaycanın bütün dövlət orqanları tibb və səhiyyə sahəsində İran ilə birgə layihələrin icrasına hazırdırlar.

İ.Əliyev Bakının ətrafında dərman zavodunun quraşdırılması haqda da deyib: Bu dərman zavodunun quraşdırılması istiqamətində mövcud olan maneələr və problemlər aradan qaldırılıb və tezliklə bu zavodun tikinti-quraşdırma işlərinə başlanacaq.