Bəzi qruplar Aşura günündə Azərbaycan R-da təxribat törətmək istəyirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i321582-bəzi_qruplar_aşura_günündə_azərbaycan_r_da_təxribat_törətmək_istəyirlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: Xaricdən dəstək alan bəzi qruplar Aşura günündə Azərbaycan Respublikasında təxribat törətmək istəyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2018 10:43 Asia/Baku
  • Bəzi qruplar Aşura günündə Azərbaycan R-da təxribat törətmək istəyirlər
    Bəzi qruplar Aşura günündə Azərbaycan R-da təxribat törətmək istəyirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: Xaricdən dəstək alan bəzi qruplar Aşura günündə Azərbaycan Respublikasında təxribat törətmək istəyirlər.

Allahşükür Paşazadə bu gün məhərrəm ayı ərəfəsində keçirilən Qafqaz Müsəlmanları İdarəsinin ruhanilər şurasının iclasında əlavə edib: Fikir ayrılıqlarına malik bəzi şəxslər məhərrəm ayında problem və pozğunluq yaratmaq istəyirlər. Bu şəxslərin əsas məqsədi, məzhəbdən öz mənfəətləri və nəzərlərinə uyğun istifadə etməkdir.

O, deyib: Əlbəttə, bu addımlar xaricdən istiqamətləndirilən və maliyyə cəhətdən təmin olunan qrupların hərəkətləridir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib: Azərbaycan Respublikası cəmiyyəti şiə və sünni ayrı-seçkiliyi olmadan reallıqları yaxşı başa düşüb və ölkədə dindarlar və dövlət arasında yüksək birlik mövcuddur.

Qafqaz Müsəlmanları İdarəsinin bu iclasında sentyabrın 11-i, məhərrəm ayının biri və sentyabrın 20-i də Aşura günü elan edilib. İclas dindarlar və əzadarları bu ayın mərasimlərində qaydalara riayət etməyi tövsiyə edibdir.