Azərbaycan R. və Rusiya neft şirkətləri arasında müqavilə imzalanıb
-
Azərbaycan R. və Rusiya neft şirkətləri arasında müqavilə imzalanıb
Azərbaycan Respublikasının SOKAR neft şirkəti Türkiyədə Star neftayırma zavodunun neftinin təmin olunması üçün Rusiyanın Rosneft şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiyaya səfəri əsnasında Azərbaycan Respublikasının SOKAR neft şirkəti ilə Rusiyanın Rosneft şirkəti arasında alqı-satqı barədə bir müqavilə imzalanıb.
Bu sənədi Azərbaycan Respublikasının SOKAR neft şirkətinin prezidenti Rövnəq Abdullayev və Rusiyanın Rosneft şirkətinin prezidenti İqor Seçin imzalayıblar.
Bu müqaviləyə əsasən, Rosneft şirkəti SOKAR neft şirkəti tərəfindən Türkiyədə inşa edilmiş Star neftayırma zavodunun xam neftini təmin edəcək.
Bu müqaviləyə görə, Rosneft şirkəti 2018-ci ilin dekabrından bir il müddətinə həmin neftayırma zavodunu bir milyon ton xam neft ilə təmin edəcək.