Bakı türkdilli ölkələri iqtisadi həmkarlıqları genişləndirməyə çağırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i321592-bakı_türkdilli_ölkələri_iqtisadi_həmkarlıqları_genişləndirməyə_çağırıb
Azərbaycan Respublikasının prezidenti türkdilli ölkələrin həmkarlıq şurasının üzvlərini müştərək iqtisadi layihələrin icrası və qarşılıqlı investisiya və ticarət dövriyyəsinin artırılması istiqamətində daha artıq addımlar atmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2018 14:23 Asia/Baku
  • Bakı türkdilli ölkələri iqtisadi həmkarlıqları genişləndirməyə çağırıb
    Bakı türkdilli ölkələri iqtisadi həmkarlıqları genişləndirməyə çağırıb

Azərbaycan Respublikasının prezidenti türkdilli ölkələrin həmkarlıq şurasının üzvlərini müştərək iqtisadi layihələrin icrası və qarşılıqlı investisiya və ticarət dövriyyəsinin artırılması istiqamətində daha artıq addımlar atmağa çağırıb.

İlham Əliyev qeyd olunan şuranın Qırğızıstanın "Çulpun ata" şəhərində keçirilən 6-cı iclasında üzv ölkələr arasında iqtisadi əməkdaşlıqların genişləndirilməsi zərurətini vurğulayıb.

Şura 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində təsis olunub və hazırda Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan və Türkiyə ona üzvdürlər. Şuranın 6-cı iclası Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Tatarıstan muxtar respublikasının prezidentləri, eləcə də nəzarətçi ölkə kimi Macarıstanın baş nazirinin iştirakı dünən keçirilib.