Bakıda ADEX-2018 müdafiə sərgisi öz işinə başlayıb
Sen 26, 2018 08:13 Asia/Baku
-
Bakıda ADEX-2018 müdafiə sərgisi öz işinə başlayıb
İran islam Respublikası da daxil 28 ölkənin iştirak etdiyi ADEX-2018 üçüncü beynəlxalq müdafiə sərgisi Bakıda öz işinə başlayıb.
Bu sərgidi Azərbaycan Respublikası ordusu özünün quru, hava, dəniz və locestik qabiliyyətlərindən ibarət 200 məhsulu nümayiş etdirib.
İran İslam Respublikası da bu sərgidə özünün müdafiə qabiliyyətlərinin bir hissəsini 3 pavilyonda təqdim edir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərginin ilk günündə sərgiyə baxış keçirərək İran İslam Respublikasının apvilyonunda da olub və İranın müdafiə sahəsindəki qabiliyyətləri ilə yaxından tanış olub.
ADEX-2018 üçüncü beynəlxalq müdafiə sərgisi sentyabrın 27-dək davam edəcək.