Müdafiə sahəsində Tehran-Bakı həmkarlığı genişlənir
İranın müdafiə nazirinin sənaye və tədqiqat işləri üzrə müavini və Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini iki ölkənin müdafiə sənayesi sahəsindəki əməkdaşlığı barədə söhbət ediblər.
İranın müdafiə nazirinin sənaye və tədqiqat işləri üzrə müavini Reza Mozəffərinejad bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə görüşdə deyib: Müdafiə sənayesi üzrə beynəlxalq sərginin keçirilməsi iki ölkə- İran və Azərbaycan Respublikasının müdafiə sənayesi sahəsindəki əlaqələrinin genişlənməsi üçün bir fürsətdir.
Bir nümayəndə heyəti ilə Bakıda keçirilən müdafiə sənayesi üzrə 3-cü beynəlxalq sərgidə iştirak üçün Azərbaycan Respublikasına səfər etmiş Mozəffərinejad dünən də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.
Müdafiə sənayesi üzrə 3-cü beynəlxalq sərgi İran İslam Respublikası daxil olmaqla 28 ölkənin iştirakı ilə çərşənbə axşamı günü Bakıda açılıb.
Bu sərgidə 200-dən çox şirkət dəniz, hava və quru sahələri üzrə hərbi təchizatlara şamil olan öz müdafiə bacarığını nümayiş etdirir.
İran İslam Respublikası bu il ilk dəfə olaraq, Bakıda keçirilən müdafiə sənayesi üzrə beynəlxalq sərgidə iştirak edərək, üç pavilyonda öz müdafiə bacarıqlarını sərgiləyibdir.