İran müdafiə naziri müavininin Bakı görüşləri
https://azeri.sahartv.ir/news/azərbaycan-i323896-İran_müdafiə_naziri_müavininin_bakı_görüşləri
İranın müdafiə nazirinin sənaye və tədqiqat işləri üzrə müavini müdafiə sənayesi sahəsində həmkarlıqları araşdırmaq üçün Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2018 16:13 Asia/Baku
  • İran müdafiə naziri müavininin Bakı görüşləri

İranın müdafiə nazirinin sənaye və tədqiqat işləri üzrə müavini müdafiə sənayesi sahəsində həmkarlıqları araşdırmaq üçün Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini ilə görüşüb.

Bir nümayəndə heyəti ilə Bakıda keçirilən müdafiə sənayesi üzrə 3-cü beynəlxalq sərgidə iştirak üçün Azərbaycan Respublikasına səfər etmiş Reza Mozəffərinejad Yəhya Musayev ilə görüşdə deyib: Müdafiə sənayesi üzrə beynəlxalq sərginin keçirilməsi iki ölkə- İran və Azərbaycan Respublikasının müdafiə sənayesi sahəsindəki əlaqələrinin genişlənməsi üçün bir fürsətdir.

Tərəflər bu görüşdə iki ölkənin müdafiə sənayesi sahəsindəki əməkdaşlığının genişləndirilməsini və onları maraqlandıran digər məsələləri araşdırıblar.

Mozəffərinejad dünən də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşübdür.

İran bu il ilk dəfə olaraq, Bakıda keçirilən müdafiə sənayesi üzrə beynəlxalq sərgidə iştirak edərək, öz müdafiə bacarıqlarını sərgiləyibdir. Bu sərgidə 28 ölkədən gəlmiş 200-dən çox şirkət iştirak edir.

Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov da ötən bazar ertəsi günü bir siyasi-təhlükəsizlik heyəti ilə Tehrana səfər edərək, İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli ilə görüşübdür.