Rəsmi Bakı paytaxtı Qüds olan Fələstin ölkəsinin təşkilinə dəstək verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i324161-rəsmi_bakı_paytaxtı_qüds_olan_fələstin_ölkəsinin_təşkilinə_dəstək_verib
Azərbaycan Respublikasının xarici işlər naziri paytaxtı Qüdsi-Şərif olan Fələstin ölkəsinin təşkil edilməsini istəyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 30, 2018 07:09 Asia/Baku
  • Rəsmi Bakı paytaxtı Qüds olan Fələstin ölkəsinin təşkilinə dəstək verib
    Rəsmi Bakı paytaxtı Qüds olan Fələstin ölkəsinin təşkilinə dəstək verib

Azərbaycan Respublikasının xarici işlər naziri paytaxtı Qüdsi-Şərif olan Fələstin ölkəsinin təşkil edilməsini istəyib.

Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının kənarında İslam Əməkdaşlığı Təşkilatının koordinasiya qrupunun iclasında deyib: Rəsmi Bakı Fələstin məsələsinin tez bir zamanda həlli və paytaxtı Qüds olan müstəqil Fələstin ölkəsinin təşkil edilməsini istəyir.

Məmmədyarov əlavə edib: Azərbaycan Respublikası həmçinin Fələstin xalqının bu diyarda azadlıq, sabitlik və davamlı inkişafa nail olmaq üzrə mübarizəsinə dəstək verir.

Azərbaycan Respublikasının xarici işlər naziri eyni zamanda deyib: Fələstin xalqının haqlı tələblərinin reallaşması üzrə beynəlxalq səylərin artması olduqca ümidvericidir.