Şamaxı rayonunda zəlzələ olub
Okt 16, 2018 18:25 Asia/Baku
-
Şamaxı rayonunda zəlzələ olub
Azərbaycan Respublikasının Şamaxı rayonunda rixter şkalasında 3,4 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Respublikası Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 08:27-də Qobustan stansiyasından 28 km cənub-qərbdə, Şamaxı ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,4 bal, dərinliyi isə 10 km olub.
Yeraltı təkanlar hiss olunmayıb.