Abşeronda eşşək südü istehsalı qalmaqal yaratdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i326542-abşeronda_eşşək_südü_istehsalı_qalmaqal_yaratdı
Abşeronda Azərbaycanın ən iri eşşək südü istehsalı mərkəzinin yaradılması və eşşək südünün faydalarının geniş formada təbliğ olunmasının ardınca Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Təşkilatı bu təbliğatların elmi əsasları olmadığını və qeyri-qanuni olduğunu elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2018 07:30 Asia/Baku
  • Abşeronda eşşək südü istehsalı qalmaqal yaratdı
    Abşeronda eşşək südü istehsalı qalmaqal yaratdı

Abşeronda Azərbaycanın ən iri eşşək südü istehsalı mərkəzinin yaradılması və eşşək südünün faydalarının geniş formada təbliğ olunmasının ardınca Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Təşkilatı bu təbliğatların elmi əsasları olmadığını və qeyri-qanuni olduğunu elan edib.

Son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur. Heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifdə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir.

Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az-a verilən xəbərə görə, məsələ ilə bağlı qurumun mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb: "Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim etmiş və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb.Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib.Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil.Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq".

Bundan öncə Yeni Müsavat qəzeti də Abşeronda fəaliyyət göstərən ulaq fermasından bəhs edərək, bu müəssisəinin 2-3 il ərzində yaradıldığını və burda istehsal ediləcək eşşək südünün 200 və 500 milli litirlik qablarda müvafiq olaraq 16 və 40 manata satışı nəzərdə tutulduğunu yazmışdı.