Azərbaycan və Gürcüstanın XİN başçıları İstanbulda görüşüblər
-
Azərbaycan və Gürcüstanın XİN başçıları İstanbulda görüşüblər
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və gürcü həmkarı David Zalkalyani bazar ertəsi günü İstanbulda görüşüb, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair danışıqlar aparıblar.
İRİB-nin verdiyi məlumata görə, bu görüşdə Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri iki ölkə arasında strateji və dostluq əlaqələrinin qurulmasına təkid ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda baş tutacaq 7-ci üçtərəfli iclası ərəfəsində keçirilən bu görüşdə Elmar Məmmədyarov və David Zalkalyani regional əməkdaşlıqlar habelə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıqlar çərçivəsində icra edilən layihələr haqda fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov və D.Zalkalyani Azərbaycan və Gürcüstanın nəqliyyat, tranzit və enerji sahəsindəki əməkdaşlıqlarının önəminə təkid edərək, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışıblar. Daha sonra Trans Anadolu qaz boru kəmərinin istifadəyə verilməsi mövzusuna işarə olunub.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 7-ci üçtərəfli iclası bu gün İstanbulda keçiriləcək.