Azərbaycan Respublikası hökuməti bir gürcüstanlı şiə din alimini həbs edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i327797-azərbaycan_respublikası_hökuməti_bir_gürcüstanlı_şiə_din_alimini_həbs_edib
Gürcüstanın "Marneuli FM" saytı xəbər verib ki, Bütün Gürcüstan Müsəlmanlarının Baş Dini İdarəsinin sədri Şeyx Mir Tağı Əsədov noyabrın 7-də Azərbaycan Respublikasında həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2018 07:41 Asia/Baku
  • Azərbaycan Respublikası hökuməti bir gürcüstanlı şiə din alimini həbs edib
    Azərbaycan Respublikası hökuməti bir gürcüstanlı şiə din alimini həbs edib

Gürcüstanın "Marneuli FM" saytı xəbər verib ki, Bütün Gürcüstan Müsəlmanlarının Baş Dini İdarəsinin sədri Şeyx Mir Tağı Əsədov noyabrın 7-də Azərbaycan Respublikasında həbs olunub.

Şeyx Mir Tağı Əsədov Azərbaycan Respublikasına daxil olarkən bu ölkənin Gürcüstan ilə sərhədində heç bir izahat verilmədən həbs olunaraq, Bakıya göndərilib. O, ötən üç gündə heç bir ittiham bildirilmədən və vəkil olmadan həbsdə saxlanılıbdır.

Şeyx Mir Tağı Əsədovun ailəsi onun barəsində rəsmi məlumat əldə edə bilməyib. Onlar onun Azərbaycan Respublikasında həbs olunmasının səbəbini bilmirlər.

Azərbaycan Respublikasının rəsmiləri Bütün Gürcüstan Müsəlmanlarının Baş Dini İdarəsi sədrinin vəkilinin onunla görüşməsinə icazə verməyiblər.

Azərbaycan Respublikasının polis rəsmiləri bildiriblər ki, Şeyx Mir Tağı Əsədov istintaq ediləcəkdir.

Noyabrın 9-da Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Bakıdakı bir təcridxanada bu şiə din alimi ilə görüşübdür.

Azərbaycan Respublikası vətəndaşlığına malik olan Şeyx Mir Tağı Əsədov bir il bundan öncə bu vətəndaşlıqdan imtina edibdir. Onun ailəsi Azərbaycan Respublikasında yaşayır və o, hər il bir neçə dəfə Azərbaycan Respublikasına səfər etməyə məcburdur.

Belə ehtimal olunur ki, bu şiə ruhaninin Azərbaycan Respublikasında həbs olunması onun Gürcüstanda müsəlmanlar üçün digər dinlərlə bərabər hüquqların təmin edilməsi istiqamətində Bütün Gürcüstan Müsəlmanlarının Baş Dini İdarəsindəki fəaliyyətləri ilə bağlıdır.

Bu din alimi Gürcüstanda məscidlərin və konkret olaraq, Marneuli şəhərindəki İmam Əli(ə) məscidinin dövlət mülkiyyətinə çevrilməsinə etiraz edibdir.