AR müdafiə naziri və Türkiyə və Gürcüstanın yüksək hərbi rəsmilərinin görüşü keçiriləcək
Noy 20, 2018 12:09 Asia/Baku
-
AR müdafiə naziri və Türkiyə və Gürcüstanın yüksək hərbi rəsmilərinin görüşü keçiriləcək
Azərbaycan Respublikasının müdafiə naziri sabah Türkiyənin və Gürcüstanın silahlı qüvvələrinin baş komandanları ilə görüşəcək.
Azərbaycan Respublikasının müdafiə naziri general Zakir Həsənov sabah Bakıda Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi general Yaşar Gülər və Gürcüstan silahlı qüvvələrinin baş komandanı Vladimir Çeçebiyayi ilə görüşəcək.
Bu görüşdə üçtərəfli əməkdaşlığın inkişafı, regional sabitlik, o cümlədən regionda həyata keçirilən layihələrin təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq.