Bakı və Aşqabad Şərq-Qərb dəhlizi barədə razılığa gəliblər
Bakı və Aşqabad Şərq-Qərb dəhlizi adlandırılan nəqliyyat dəhlizi barədə razılığa gəliblər.
İlham Əliyevin Aşqabada ikingünlük səfərində və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşündə iki ölkənin başçıları tərəfindən bir neçə əməkdaşlıq sənədi, o cümlədən nəqliyyat və tranzit məsələləri sahəsində Azərbaycan Respublikası-Türkmənistan müştərək komissiyasının təsisi sənədi imzalanıbdır.
İki tərəf həmçinin yüklərin Əfqanıstan, Türkmənistan, Xəzər dənizi və Azərbaycan Respublikasından Avropaya və əks istiqamətdə daşınması üçün "Lazoli" və ya Şərq-Qərb dəhlizinin yaradılması barədə razılığa gəlib.
Türkmənistan prezidenti öz azəri həmkarı ilə müzakirələri başa çatandan sonra bu görüşü səmərəli adlandırıb və deyibdir ki, bu müzakirələrdə regional və beynəlxalq məsələlər barədə qarşılıqlı etimad atmosferi hökm sürübdür.
Qurbanqulu Berdıməhəmmədov Bakı və Aşqabadın bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqeyə malik olmalarına işarə edərək, əlavə edib: Bu ahəngdarlıq iki ölkənin beynəlxalq səviyyədə uğurlu həmkarlığına bir zəmanətdir.