Şəhid ailələri Prezident Administrasiyasının qarşısına toplaşıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i329002-Şəhid_ailələri_prezident_administrasiyasının_qarşısına_toplaşıb
Bakıda Şəhid ailələrinin 80-ə yaxın nümayəndəsi dünən yenidən Azərbaycan Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2018 05:25 Asia/Baku
  • Şəhid ailələri Prezident Administrasiyasının qarşısına toplaşıb
    Şəhid ailələri Prezident Administrasiyasının qarşısına toplaşıb

Bakıda Şəhid ailələrinin 80-ə yaxın nümayəndəsi dünən yenidən Azərbaycan Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.

Onlar "Şəhidlərin haqqı yeyilməz!" şüarını səsləndiriblər.

"Artiq 7-ci dəfədir ki, hökumətə tələblərimizi çatdırmaq, dövlətdən istəyimizi əldə etmək üçün toplanırıq. Hələ ki bir nəticə yoxdur. Məmurlar hər dəfə bizi müxtəlif vədlərlə yola salırlar", - aksiya iştirakçılarından biri Toğrul Qocayev bildirib.

Bu ilin yazında Azərbaycan Respublikası prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda üzvləri həlak olmuş şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi barədə sərəncam imzalayıb. Sərəncm təxminən 9 minə yaxın şəhid ailəsini əhatə edir və oktyabr ayından müavinətlərin ödənişinə başlanılıb.