“Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...”
https://azeri.sahartv.ir/news/azərbaycan-i329004-Əgər_paşinyan_münaqişənin_həllində_maraqlı_olsaydı...
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2018 06:03 Asia/Baku
  •  Leyla Abdullayeva
    Leyla Abdullayeva

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir”.

Faktxeber-in məlumatına görə, Leyla Abdullayeva bildirib  ki, Ermənistan Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini  möhkəmləndirmək niyyətini nümayiş etdirir:

“Əgər Nikol Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı; bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM-in (ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi, Ermənistan və Azərbaycandır.