Nardaran şəhidləri İranın azəri sakinli məntəqələrində anıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i329380-nardaran_şəhidləri_İranın_azəri_sakinli_məntəqələrində_anıldı
İranın azəri sakinli məntəqələri xüsusilə Təbriz, Ərdəbil, Həmədan, Urmiyə, Zəncan və Bicar şəhərlərində Nardaran şəhidlərinə həsr olunmuş "İslam Dünyası Şəhidləri"nin anım mərasimləri keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2018 14:19 Asia/Baku
  • Nardaran şəhidləri İranın azəri sakinli məntəqələrində anıldı
    Nardaran şəhidləri İranın azəri sakinli məntəqələrində anıldı

İranın azəri sakinli məntəqələri xüsusilə Təbriz, Ərdəbil, Həmədan, Urmiyə, Zəncan və Bicar şəhərlərində Nardaran şəhidlərinə həsr olunmuş "İslam Dünyası Şəhidləri"nin anım mərasimləri keçirilib.

Ərdəbildə keçirilən mərasimdə höccətülislam seyid İbrahim Mir Abbaszadə deyib: Azərbaycan Respublikası rəsmilərinə tövsiyə edirəm ki, sionist rejim ilə əlaqələri genişləndirmək  yerinə regionun müsəlman və şiə xalqının yanında yer alsınlar.

Mir Abbazadə Azərbaycan Respublikası rəsmilərinə xitabən deyib: əgər din əleyhinə yönəlmiş hərəkətlərinizi davam etdirmək istəsəniz, xalq "Ləbbeyk ya Hüseyn(ə)" şüarı ilə sizə qarşı çıxacaq. Bunu bilin və ciddi qəbul edin, Nardaranda məzlum və dindar insanları şəhid etməklə həzrət Zeynəbin(s) bu məntəqədəki ələmini yatırda bilməyəcəksiniz. Çünki, biz dünya şiələri sizə bu icazəni verməyəcəyik.

Həmədanda da bir qrup şəhərin mərkəzi müsəllasında bir araya gəlib. Nardaran şəhidlərinə özəl "İslam Dünyası Şəhidləri" mərasimində Nardaran əhalisi ilə həmrəylik nümayiş etdirilib.

Höccətülislam Nəzəri Zəncanda keçirilən "İslam Dünyası Şəhidləri" mərasimində nardaranlılardan müqavimət və mübarizə yolunu davam etdirmələrini istəyib və deyib: Əgər müqavimət yolu ilə gedərsəniz, o zaman Allah bizi Qarabağı azad etməyə məmur edəcək. Və Qarabağın azad edilməsi bizim məqsədimizdir. Qarabağ bizim canımızın bir paçası sayılır.

Höccətülislam İbrahim Qəbəleyi də Urmiyədə Nardaran şəhidlərinə həsr olunmuş anım mərasimində deyib: Nardaran şəhidləri düşmənlərin qeyri-ilahi istəkləri qarşısında dayandılar.

Bicar şəhərinin sünni sakinlərinin imam cüməsi mamusta Məhəmmədi də Nardaran şəhidlərini anım mərasimində Azərbaycan müsəlmanlarını  himayə məsələsinin önəminə təkid edib və deyib: Nardaran şəhidləri öz mübarizə və müqavimətləri ilə dini təlimləri müdafiə etmək, İslam və Aşura mədəniyyətini yenidən canlandırmağa çalışaraq, bu yolda canlarından keçdilər və Azərbaycan üçün dini dəyərə çevridilər.

Bundan öncə Təbriz şəhərində də Nardaran şəhidlərinin xatirəsi anılmışdı.

Höccətülislam Rəsul Bərgi  cümə günü axşam Nardaran şəhidlərini anım mərasimində Nardaranın Əlikram Əliyev kimi böyük şəxsiyyətlər  yetişdirdiyini deyərək, əlavə edib: Bu kimi şəxsiyyətlərin həyat  yoldaşlarının hicabsız şəkil çəkdirmələrini istəmədiklərinə görə,onlar təhsildən məhrum olublar, küçələrində Əhl Beyt(Ə)-ın adlarını yazdıqları üçün təzyiqlərə məruz qalırlar.

O daha sonra deyib: 12 yaşlı nardaranlı uşağı şəhid atasının şəkilini sosial şəbəkədə paylaşdığı üçün həbs və işgəncə edilməsi məgər zülm deyil?