İran - Azərbaycan gömrük əməkdaşlıqları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i330566-İran_azərbaycan_gömrük_əməkdaşlıqları_araşdırılıb
İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük nümayəndələri Biləsuvar Gömrük Məntəqəsində görüşərək, iki ölkə arasındakı gömrük əməkdaşlıqlarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 15:59 Asia/Baku
  • İran - Azərbaycan gömrük əməkdaşlıqları araşdırılıb
    İran - Azərbaycan gömrük əməkdaşlıqları araşdırılıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük nümayəndələri Biləsuvar Gömrük Məntəqəsində görüşərək, iki ölkə arasındakı gömrük əməkdaşlıqlarını araşdırıblar.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bildirib: Azərbaycan Respublikasının Biləsuvar Dövlət Gömrük İdarəsinin rəisi Ceyhun İbrahimov və İran İslam Respublikası Biləsuvar Gömrük İdarəsinin rəisi Ramin Zəhiri görüşərək, gömrük əməkdaşlıqlarının genişləndirilməsi haqda fikir mübadiləsi aparıblar.

İran və Azərbaycan gömrüklərinin nümayəndə heyətləri həmçinin, nəqliyyat vasitələri və insanların Biləsuvar gömrük məntəqəsi vasitəsilə daha asan gediş-gəliş edə bilməsi üçün informasiya mübadiləsinin artırılmasına təkid ediblər.

İran və Azərbaycan 760 kilometrlik müştərək sərhədə malikdirlər. İki ölkə həmçinin dörd sərhəd keçid məntəqəsinə malikdirlər. Bu sərhəd keçid məntəqələri iki ölkə əlaqələrinin inkişafına önəmli rola malikdir.