Azərbaycan Respublikası parlamentinin sədri İrana gəlir
Dek 19, 2018 17:21 Asia/Baku
-
Azərbaycan Respublikası parlamentinin sədri İrana gəlir
Azərbaycan Respublikası Milli Məclisinin sədri İran İslam Respublikasına səfər edəcək.
Riport portalı məlumatlı qaynaqlara istinadla bildirib ki, bu səfər İran tərəfinin dəvəti əsasında və dekabrın 25-də baş tutacaq.
Bu məlumata görə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov Tehrana səfərində İran İslam Respublikası rəsmiləri o sıradan İranın İslami Şura Məclisinin sədri Əli Laricani və islam inqilabının böyük rəhbərinin nümayəndəsi və İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri kontr admiral Əli Şəmxani ilə görüşlər keçirəcək.
Bu görüşlərdə qarşılıqlı əməkdaşlıqlar eləcə də təhlükəsizlik məsələləri müzakirə ediləcək.