Dek 20, 2018 14:40 Asia/Baku
  • İran məclisinin bir qrup üzvü Azərbaycan R-na səfər edib

İranın Gilan vilayətinin İslam Şurası Məclisindəki nümayəndələri Azərbaycan Respublikası ilə ticari və mədəni əlaqələrin artırılması və sərhəd keçidinin bərpası məqsədilə Bakıya səfər ediblər.

Gilan vilayətinin İran İslam Şurası Məclisindəki nümayəndələri assambleyasının sədri Vəli Dadaşi dünən gecə Bakıya səfərdən öncə IRIB müxbiri ilə müsahibədə deyib: İran və Azərbaycan Respublikası xalqları yaxşı mədəni, etnik, dil, siyasi və iqtisadi münasibətlərə malikdirlər və İran həmin ölkə üçün vizanı ləğv edərək, Azərbaycan Respublikası vətəndaşlarının İranın Gilan vilayətinin Astara sərhədindən pulsuz gediş-gəlişlərinə zəmin yaradıbdır.

Gilan vilayətinin İran İslam Şurası Məclisindəki nümayəndələri assambleyasının sədri həmçinin özünün Azərbaycan Respublikasına səfərində məqsədi, Astara sərhəd sakinləri üçün 45 kilometrlik sərhəd keçidinin bərqərarı istiqamətində bu ölkənin məclis üzvləri, dəmiryolu şirkətinin icraçı müdiri ilə müzakirə adlandırıb. 

Dadaşi sonra belə qeyd edib: Astara şəhrestanının sərhəd sakinləri 45 kilometrlik sərhəd keçidinin bərqərarını istəyirlər ki, bu imkandan iki ölkə arasındakı bütün siyasi və mədəni yüksəliş istiqamətində istifadə edilmiş olsun.

Astara liman sərhəd şəhrestanı İranın Gilan vilayətinin şimal-qərbində, Azərbaycan Respublikasının qonşuluğunda yerləşir və İranın üçüncü çox gediş-gəlişli sərhədi sayılır. Hər il təqribən 800 iranlı və xarici müsafir Astara sərhədindən keçir.

Teqlər