Dek 21, 2018 09:45 Asia/Baku
  • Hicab məhbusuna yenidən həbs verdilər
    Hicab məhbusuna yenidən həbs verdilər

3-cü hicab aksiyasında iştirak etdiyinə görə həbs olunan Telman Şirəliyevin həbs müddəti artırılıb.

Dekabrın 20-də Xətai Rayon Məhkəməsində hicab məhbusu Telman Şirəliyevə həbsxanada qadağan edilmiş əşyaların hazırlanması ittihamı ilə 5 ay 18 gün həbs cəzası verilib. Onun həbs müddəti noyabr ayının sonunda bitməliydi. 

Ailəsinin sözlərinə görə, həbsxana nəzarətçiləri məhkəmədə Telmanın balışının altından biz tapmadıqlarını bildiriblər.

Qeyd edək ki, təhsil müəssisələrində hicab qadağasına görə, ölkədə 3 aksiya olmuşdu. Aksiyaların ikinci və üçüncüsündə həbslər həyata keçirilmişdi. Sonuncu aksiya zamanı həbs olunanların cəza müddətləri bitmiş və azad olmuş, bəziləri isə əfv sərəncamı ilə azadlığa çıxmışdılar. 

2012-ci il 5 oktyabr aksiyaları zamanı həbs olunan Telman Sirəliyev həbsdə qalan sonuncu hicab məhbusu sayılır.

T.Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında hicaba azadlıq şüarı ilə keçirilən aksiya ilə bağlı həbs edilib. 2013-cü il iyunun 5-də məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Həmin hadisə ilə bağlı ümumilikdə 35 şəxs həbs edilmişdi. Xuliqanlıq və başqa cinayətlərdə ittiham edilən bu şəxslər 1 il 6 aydan 6 ilə kimi həbs cəzaları almışdılar.

Azərbaycanda bundan öncə də siyasi məhbus sayılan insanların azadlığa çıxmalarına az qalmış başqa ittihamla üzləşərək həbs müddətlərinin artırılması halları olub. Onlar bunu hakimiyyətin siyasi sifarişi adlandırıblar. Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, ölkədə insanların əqidələrinə görə həbs və təqib olunması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların fikrincə, ölkədə siyasi məhbus yoxdur.

Teqlər