“The Guardian” qəzetinin prezidentin ailəsi ilə bağlı ifşaçılığı
https://azeri.sahartv.ir/news/azərbaycan-i330949-the_guardian_qəzetinin_prezidentin_ailəsi_ilə_bağlı_ifşaçılığı
Azərbaycan prezidentinin qızları gizli ofşor şirkət vasitəsilə Londonda 60 milyon funt-sterlinqə əmlak almaq istəyiblərmiş, sövdələşmə yarımçıq qalıb. “The Guardian” tribunala istinadla yazır ki, bu işdə “ciddi çirlkli pulyuma riski” ola bilərdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2018 06:23 Asia/Baku
  • “The Guardian” qəzetinin prezidentin ailəsi ilə bağlı ifşaçılığı
    “The Guardian” qəzetinin prezidentin ailəsi ilə bağlı ifşaçılığı

Azərbaycan prezidentinin qızları gizli ofşor şirkət vasitəsilə Londonda 60 milyon funt-sterlinqə əmlak almaq istəyiblərmiş, sövdələşmə yarımçıq qalıb. “The Guardian” tribunala istinadla yazır ki, bu işdə “ciddi çirlkli pulyuma riski” ola bilərdi.

"Leyla və Arzu Əliyevalar dəbdəbəli Knightsbridge ərazisində iki mənzili 59,5 milyon və 3 milyon funt-sterlinqə alaraq bir evə çevirmək istəyiblər. Bu razılaşma 2015-ci ildə əldə olunub.

Müəllif Luke Harding qeyd edir ki, bu mənzillər prezident İlham Əliyev ailəsinin Britaniyada əldə etdiyi çoxmilyonluq mülkiyyət portfoliosuna əlavə olunacaqdı.Leyla Əliyeva bu sövdələşməni biznesmen və pop ulduz olan əri Emin Ağalarovdan boşandığı bir məqamda həyata keçirmək istəyib."-İngilis qəzet belə yazıb.