İran və Azərbaycan işa damlarının sərmayə qoyuluşunun sadələşdirilməsi müzakirə edildi
-
İran və Azərbaycan işa damlarının sərmayə qoyuluşunun sadələşdirilməsi müzakirə edildi
İran İslam Şurası Məclisinin sədri: Azərbaycan Respublikası Milli Məclisinin spikeri ilə görüşdə iki ölkənin iş adamlarının sərmayə qoyuluşunun sadələşdirilməsinə dair müzakirə edildi.
Əli Laricani bu gün Tehranda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşdən sonra birgə mətbuat konfransında deyib: bu görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqların aparılması ilə yanaşı, iranlı və azərbaycanlı sərmayə sahibləri və iş adamlarının sərmayə qoyuluşlarının sadələşdirilməsi, iki ölkənin sərhəd məntəqəsi sakinlərinin gediş-gəlişinin asanlaşdırılması və digər məsələlər barədə müzakirələrimiz oldu.
Əli Laricani həmçinin ümidvarlıq edib ki. cənab Oqtay Əsədovun İrana səfəri iki ölkə arasında iqtisadi. siyasi və mədəni əlaqələrin daha artıq genişlənməsinə şərait yaradacaq.
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov da bu mətbuat konfransında qonaqpərvərliyinə görə İran İslam Şurası Məclisinin sədrinə təşəkkür edib və deyib: Azərbaycan və İran əlaqələri çox yüksək səviyyədədir və iki ölkə başçılarının görüşləri buna bir nümunədir.
O, daha sonra dedi: İki ölkənin parlamentlərarası dostluq qrupunun görüşləri az olsa da, biz bu əlaqələrin artırılmasını istəyirik.
Azərbaycan Milli Məclisinin spikeri əlavə edib: Cənab Laricaninin də qeyd etdiyi kimi iki ölkə arasındakı siyasi əlaqələr çox yaxşı səviyyədədir. Və bizim başlıca məqsədimiz parlamentlərarası dostluq qrupunun daha da aktivləşdirilməsidir.