Müxalifət bir araya gəldi
-
Müxalifət bir araya gəldi
Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda dəyirmi masa keçirildi.
Dekabrın 25-də Azərbaycanın müxalif siyasi partiya rəhbərlərinin birgə toplantısı keçirildi.
“İslaminSesi” bildirir ki, toplantı Klassik Xalq Cəbhəsinin qərərgahında baş tutub.
Toplantının əsas təşəbbüsçüsü və təşkilatçısı sabiq Daxili İşlər Naziri İskəndər Həmidov idi. O, toplantını açıq elan edərək aparıcılığı öz üzərinə götürüb. Hakimiyyətin Qarabağ siyasətini tənqid edən İ.Həmidov bildirib ki, müxalifətin məqsədi Azərbaycanda köklü demokratik islahatlara nail olmaqdır. O, beynəlxalq qurumlarla əməkdaşlıq edəcəklərini, mitinqlər, piketlər keçirəcəklərini qeyd edib.
Toplantı iştirakçıları və çəxış edənlər ölkətə ictimai-siyasi vəziyyəti təhlil edib, mövcud hakimiyyətin daxili və xarici siyasətindəki nöqsanları dilə gətirdilər.
AİP sədr əvəzi Hacı İlham Əliyev də dəyirmi masada iştirak edib və mövzu ilə əlaqədar çıxış edib.