AXCP və Müsavat gəlmədi
Dek 26, 2018 05:43 Asia/Baku
-
AXCP və Müsavat gəlmədi
Dekabrın 25-də KXCP qərargahında müxalif siyasi təşkilatların və ictimai-siyasi xadimlərin zirvə toplantısı keçirilib.
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan toplantıya 100-ə yaxın siyasi qatılıb. Dəyirmi masada 20-yə yaxın partiyanın sədri iştirak edib. Musavat.com-un müxbiri həmin tədbirdə olub və yazır ki, Müsavat və AXCP-dən başqa bütün tanınmış müxalif partiyalar toplantıya qatılıblar.
AXP sədri Pənah Hüseyn bildirib ki, çıxış yolunun bu dəfə də birlik yaratmaq olduğunu düşünmür. O deyib ki, əvvəllər də müxalifətin birlikləri olub, lakin nəticə olmayıb.