Azərbaycan R-da icazəsiz aksiya keçirməyə cəhd ittihamı ilə 15 nəfər həbs edilib
Yan 27, 2019 11:26 Asia/Baku
-
Azərbaycan R-da icazəsiz aksiya keçirməyə cəhd ittihamı ilə 15 nəfər həbs edilib
Azərbaycan Respublikası polisi Bakıda icazəsiz aksiya keçirməyə cəhd ittihamı ilə 15 nəfərin həbs edilməsindən xəbər verib.
Bakı baş polis idarəsi bildirib ki, dünən bu şəhərin Yasamal rayonunun Mirəli Seyidov küçəsində təqribən əlli-altmış nəfər icazəsiz aksiya keçirməyə cəhd göstərib ki, polisin müdaxiləsi ilə onların on beş nəfəri həbs olunubdur.
Bakı polisi bu aksiyanın keçirilmə səbəbinə toxunmadan etirazçıları əhalinin diqqətini çəkmək, qorxu hissi yaratmaq, vətəndaşların asayişini pozmaq və polis qüvvələrinə tabe olmamaqda ittiham edibdir.
Deyilənlərə görə, bu məsələyə baxan məhkəmə həbs olunanlardan on nəfərini zindana salıb və beş nəfərə də xəbərdarlıq edibdir.