Azərbaycan Respublikasında Gülən qrupunun əsas üzvü həbs olunub
Yan 31, 2019 08:46 Asia/Baku
Azərbaycan Respublikası və Türkiyənin təhlükəsizlik qüvvələri Gülən qrupunun nəşriyyat və təbliğat məsələləri üzrə müdirini həbs edərək, Türkiyəyə köçürüblər.
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Türkiyənin kəşfiyyat və təhlükəsizlik təşkilatı- MİT-in təhlükəsizlik qüvvələrinin himayəsilə Azərbaycan Respublikasında bağlanmış “Zaman” qəzetinin çapxana müdiri İbrahim Ekeri həbs edərək, Türkiyəyə köçürüblər.
Azərbaycan Respublikasında Gülənin tabeliyində olan məktəblər, həmçinin təhsil və mədəniyyət mərkəzləri təqribən ötən otuz ildə bu respublikada pantürkizmi və Qərb baxışlarını təbliğ ediblər.
Türkiyə Fəthullah Güləni 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişinin amili bilsə də Gülən bu ittihamları dəfələrlə rədd edibdir.