Azərbaycanlı deputat sərxoş halda dava saldı; cəza aldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i333723-azərbaycanlı_deputat_sərxoş_halda_dava_saldı_cəza_aldı
Azərbaycan Respublikası Milli Məclisin İntizam Komissiyasının tərkibi dəyişdirilib.Deputat Kamran Nəbizadə komissiyanın tərkibinə daxil edilməyib. O bir müddət əvvəl Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gəlmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2019 07:18 Asia/Baku
  • Azərbaycanlı deputat sərxoş halda dava saldı; cəza aldı
    Azərbaycanlı deputat sərxoş halda dava saldı; cəza aldı

Azərbaycan Respublikası Milli Məclisin İntizam Komissiyasının tərkibi dəyişdirilib.Deputat Kamran Nəbizadə komissiyanın tərkibinə daxil edilməyib. O bir müddət əvvəl Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gəlmişdi.

Bildirilirdi ki, anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Deputatı maşına oturdub, evə aparıblar.

Digər bir xəbərdə isə deyilirdi ki, deputat jurnalist Eynulla Fətullayevlə dava edib. Belə ki, birlikdə yeyib içən tərəflər mübahisə etməyə başlayıb, sonradan əlbəyaxa davaya keçiblər.

Deputat isə yayılan xəbərləri təkzib etmişdi.

Bu xəbərlərdən sonra Kamran Nəbizadə ilə bağlı Milli Məclisin İntizam Komissiyasına şikayət ediləcəyi bildirilirdi.