Bakıda İranlıların təhsil kompleksində İslam İnqilabının 40-cı ildönümü anıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i334073-bakıda_İranlıların_təhsil_kompleksində_İslam_İnqilabının_40_cı_ildönümü_anıldı
İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü ərəfəsində Bakıda iranlıların təhsil kompleksində xüsusi tədbir keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2019 15:30 Asia/Baku
  • Bakıda İranlıların təhsil kompleksində İslam İnqilabının 40-cı ildönümü anıldı
    Bakıda İranlıların təhsil kompleksində İslam İnqilabının 40-cı ildönümü anıldı

İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü ərəfəsində Bakıda iranlıların təhsil kompleksində xüsusi tədbir keçirilib.

Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad, Bakıdakı İran qrumlarının rəsmiləri, Vəli Əsr(ə) təhsil kompleksinin müəllim və məktəbliləri habelə, məktəblilərin valideynlərinin iştirakı ilə keçirilən bu mərasimdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edib və İslam İnqilabı ilə düşmən olanların zorakılıqlarından söz açaraq, məktəblilərdən düşmənin zorakılıqları qarşısında müqavimət göstərmələrini və İmam Xomeyni(rə)-in yolunu davam etdirmələrini istəyib.

Mərasimin sonunda Vəli Əsr(ə) təhsil kompleksinin yeni futbol meydançasının açılışı olub.