Azərbaycanda zəlzələ; xəsarət alanlar var
Fev 06, 2019 11:24 Asia/Baku
-
Azərbaycanda zəlzələ; xəsarət alanlar var
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bildirdiyinə görə, dünən ölkə ərazisində baş verən zəlzələnin ardınca Şamaxı rayonundan 30 təcili yardım çağırışı qeydə alınıb və lazımi tibbi yardımlar göstərilib.
Report-un verdiyi məlumata görə, zəlzələ nəticəsində 3 nəfər müalicə mərkəzinin travmatologiya şöbəsinə müaricət edib. Onlardan birinin qol sümüyündə sınıq qeydə alınıb. Digər iki nəfər isə ayaq nahiyəsindən travmaya məruz qalıb. Onlara ilkin tibbi yardım göstərilib.
Bu məlumata görə, qorxudan dili tutulan bir gəncin də həkim müdaxiləsindən sonra sağlamlığı bərpa olub və evə buraxılıb.
Daxil olan məlumatlara görə zəlzələ nəticəsində Şamaxıda indiyə kimi bir neçə evin divarı uçub.