Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i334993-bakı_rəsmiləri_rusiyada_azərilərlə_çeçenlər_arasındakı_etnik_dava_barədə_nigarançılıq_ediblər
Azərbyacan Respublikasının Rusiyadakı səfiri və bu ölkə prezidentinin baş köməkçisi Rusiya daxili işlər nazirliyinin başçıları ilə görüşdə həmin ölkədə azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2019 15:59 Asia/Baku
  • Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər
    Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər

Azərbyacan Respublikasının Rusiyadakı səfiri və bu ölkə prezidentinin baş köməkçisi Rusiya daxili işlər nazirliyinin başçıları ilə görüşdə həmin ölkədə azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər.

Polad Bülbüloğlu bu görüşdə vurğulayıb ki, Rusiyadakı Azərbyacan Respublikası vətəndaşlarından istəyəcəkdir ki, Rusiyada çeçenlərlə azərilərin qrup halındakı davalarının ümumi münaqişəyə çevrilməməsi üçün saxta və yalan xəbərlərə qulaq asmaqdan çəkinsinlər.

Əli Həsənov da bu görüşdə azərilərlə çeçenlərin qədimdən dostcasına əlaqələrə malik olduqlarına və bu məsələlərin onların münasibətlərini düşmənçiliyə çevirə bilməyəcəyinə işarə edərək, deyib: Moskvada çeçenlərlə azərbaycanlılar arasındakı davada üçüncü qüvvələrin izləri görünür.

Ötən cümə axşamı günü çeçenlərdən ibarət əllinəfərlik silahlı bir qrup Moskvanın “Peçatnik” məntəqəsində azərbaycanlılar kafesi kimi tanınan “Neolit” kafesinə hücum edərək, on nəfəri yaralayıblar.