Sumqayıtda baş verən avtomobil qəzasında 42 nəfər bədən xəsarəti alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i335318-sumqayıtda_baş_verən_avtomobil_qəzasında_42_nəfər_bədən_xəsarəti_alıb
Azərbaycan Respublikasının Sumqayıt şəhərində bir avtobusun bir minik avtomobilinə və bir binaya çırpılması 42 nəfəri xəstəxanaya göndəribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2019 09:09 Asia/Baku
  • Sumqayıtda baş verən avtomobil qəzasında 42 nəfər bədən xəsarəti alıb

Azərbaycan Respublikasının Sumqayıt şəhərində bir avtobusun bir minik avtomobilinə və bir binaya çırpılması 42 nəfəri xəstəxanaya göndəribdir.

Sumqayıt şəhərinin Məşhədi Əzizbəyov və Nizami kəsişməsində baş verən bu hadisədə şəhər avtobusu əvvəlcə Toyota markalı bir minik maşınına, sonra isə nəzarəti itirdiyinə görə bir binaya çırpılıbdır.

Hadisənin 42 yaralısı Sumqayıtdakı müalicə mərkəzlərinə köçürülüblər.

Sumqayıtın polis rəisi və icra başçısı müalicə mərkəzlərində yaralılara baş çəkiblər.

Hadisənin detalları ilə bağlı daha geniş təhqiqat aparılır.