Maliyyə bazarları da yoxlamalara açıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i335480-maliyyə_bazarları_da_yoxlamalara_açıldı
Azərbaycan Respublikası prezdienti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsini təsdiqləyib. Ddövlət başçısı, fevralın 23-də fərman verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 05:09 Asia/Baku
  • Maliyyə bazarları da yoxlamalara açıq oldu
    Maliyyə bazarları da yoxlamalara açıq oldu

Azərbaycan Respublikası prezdienti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsini təsdiqləyib. Ddövlət başçısı, fevralın 23-də fərman verib.

Sözü gədən qanuna dəyişikliyi bu il fevralın 12-də ölkə prlamenti edib. Həmin dəyişikliyə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun 2.1-ci maddəsinə “vergi yoxlamaları,” sözlərindən sonra “maliyyə bazarları sahəsində aparılan yoxlamalar,” sözləri əlavə edilib.

Söhbət maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasından gedir.

Sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir.