Avropa İnsan Hüquqları Məhkəməsi Bakını məhkum etdi
Fev 25, 2019 08:50 Asia/Baku
-
Avropa İnsan Hüquqları Məhkəməsi Bakını məhkum etdi
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Respublikası hökumətini "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktorunun hüquqlarını pozduğu üçün 24 min avro kompensasiya ödəməyə məhkum etdi.
Meydan TV internet portalının bildirdiyinə görə, bu qərara əsasən Azərbaycan Respublikası hökuməti Novruzəli Məmmədovu yaşamaq haqqından məhrum etdiyi, ona işgəncə verdiyi və "ilkin hüquq və azadlıqları" pozduğu üçün 24 min avro kompensasiya ödəməyə məhkum edilib.
Novruzəli Məmmədov 2008-ci ildə "dövlətə xəyanət"də ittiham edilərək, həbs olunub.
Bu məlumata görə, Novruzəli Məmmədovun iki oğlan övladı da atalarının həbs edilməsindən sonra şübhəli şəkildə ölüblər.