Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu şənliyi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i335580-bakıda_həzrət_fatimeyi_zəhra(s.ə)_nın_səadətli_mövludu_şənliyi_keçirilib
Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günü münasibətilə Bakıda yaşayan iranlıların hüseyniyyəsində əzəmətli mərasim keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2019 13:03 Asia/Baku
  • Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu şənliyi keçirilib
    Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu şənliyi keçirilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günü münasibətilə Bakıda yaşayan iranlıların hüseyniyyəsində əzəmətli mərasim keçirilib.

Bu münasibətlə Əhli-Beyt(ə) vurğunları Bakının müxtəlif məntəqələrindən bu hüseyniyyəyə toplaşaraq, şənlik mərasimi keçirib, şirniyyat paylamaqla özlərinin Ummu Əbiha Həzrət Fatimeyi-Zəhra(s.ə)-ya olan səmimi məhəbbətlərini ifadə ediblər.

Bu mərasim Azərbaycan Respublikasında tanınmış Əhli-Beyt(ə) məddahı Hacı Seyid Taleh Boradigahinin məddahlığı ilə özünəməxsus mənəvi əhval-ruhiyyə kəsb edibdir.

Höccətulislam Seyyed Mortəza Ərdəbili də bu mərasimdə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın fəzilətləri və o iki aləmin xanımının bu misilsiz şəxsiyyətinin özəlliklərini bəyan edərək, o həzrətdən nümunə götürməyə və o həzrətin yolunun gedilməsinə təkid edibdir.