Blogger azadlığa buraxılıb
Mart 04, 2019 06:24 Asia/Baku
-
Blogger azadlığa buraxılıb
Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb.
ONA-nın verdiyi xəbərə görə, M. Hüseynov cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsindən evə buraxılıb.
M.Hüseynov mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.
Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs edilib. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Mehman Hüseynov ictimai şəbəkələrdə iri məmurların villaları barədə tənqidi və ifşaçı video yaymağla məşhurlaşmışdır.