Bakı Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i336162-bakı_qarabağ_münaqişəsinin_dinc_yolla_həll_edilməsini_istəyir
Azərbaycan Respublikası prezidenti ATƏT-in dövri sədri ilə görüşdə deyib ki, ölkəsi Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2019 15:33 Asia/Baku
  • Bakı Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir
    Bakı Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir

Azərbaycan Respublikası prezidenti ATƏT-in dövri sədri ilə görüşdə deyib ki, ölkəsi Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir.

İlham Əliyev bu gün ATƏT-in dövri sədri və Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə görüşdə Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin son dörd görüşünə, həmçinin özünün Ermənistanın baş naziri Nikol Paşinyanla üç dəfə keçirilmiş danışıqlarına toxunaraq, İrəvanı müzakirələr gedişatına xələl gətirməyə səy göstərməkdə ittiham edib.

O, deyib ki, dünya ictiamiyyəti erməni qüvvələrin Azərbaycan Respublikası ərazilərindən çıxmaları üçün İrəvana təzyiq göstərməlidir.

Miroslav Layçak da bu görüşdə deyib ki, ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsi də daxil olmaqla münaqişələrə son qoymaq ölkəsinin prioritetlərindən biri sayılır.