Mart 08, 2019 20:20 Asia/Baku
  • İran və Naxçıvan MR arasında həmkarlıq genişlənir

İranın şimal-qərbindəki Araz azad zonasının icraçı müdirinin Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri ilə görüşündə iqtisadi-ticari əlaqə və anlaşmaların genişləndirilməsi vurğulanıb.

Araz azad zonasının icraçı müdiri Fəthullah Həsənluyi Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri Vasif Talıbovla və bu muxtar respublikanın iqtisadiyyat naziri ilə görüşdə onlarla gömrük həmkarlıqlarının daha da genişləndirilməsi, həmçinin İran və Naxçıvanın gömrük qanunlarına əsasən, ticarət mübadilələrinin asanlaşdırılması və müştərək investisiyalarla bağlı problemlər haqda fikir mübadiləsi aparıb.

Həsənluyi Naxçıvan Muxtar Respublikasının Culfa gömrük rəisi və dövlət gömrük komitəsinin sədri ilə ayrı-ayrı görüşlərdə öncəki razılaşmalar və qərarların icrası miqdarı, həmçinin data elektron mübadiləsi və X-Ray təsvirlərinin göndərilməsi kimi məsələləri irəli sürüb və izləyibdir ki, bu iki mühüm məsələnin həyata keçirilməsi, həmçinin qarşılıqlı ticari-iqtisadi mübadilələrlə bağlı məsələlərin gömrük qaydalarının yerinə yetirilməsi prosesinin asanlaşdırılması və sürətləndirilməsi prosesi daha artıq rövnəq tapmış olsun.

Teqlər