Mart 18, 2019 11:18 Asia/Baku
  • Qafqaz Abuzəri- Mərhum Hacı Əlikramın vəfatından 8 il ötür
    Qafqaz Abuzəri- Mərhum Hacı Əlikramın vəfatından 8 il ötür

Bu günlər Qafqaz Abuzəri adı ilə tanınan mərhum Hacı Əlikramın vəfatının ildönümünə təsadüf edir. Hacı Əlikram İran İslam İnqilabının və İmam Xomeyni(r.ə)-in vurğunlarından və Azərbaycan Respublikasında müasir İslam oyanışının fəallarından idi.

Bu günlər Azərbaycan Respublikasının böyük şəxsiyyəti, mərhum Hacı Əlikramın vəfatının ildönümünə təsadüf edir.

Qafqaz və Azərbaycan Respublikası məntəqələri islamçılarının mübariz rəhbəri, müsəlman mübariz Hacı Əlikram Əlizadə 1940-cı ildə Bakıdan 25 kilometr şimalda yerləşən Nardaran qəsəbəsində bir dindar ailəsində dünyaya gəldi.

O, dini və şiə təmayüllərinə görə, gənclik illərinin əvvəlindən kommunistlərin icbari proqramlarına təslim olmayaraq, onlara qarşı çıxdı.

İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında İranda xalq mübarizələrinin yüksəldiyi və İslam İnqilabının 1979-cu ildə zəfər çaldığı günlərdə Hacı Əlikram Təbriz radiosu vasitəsi ilə İran İslam İnqilabı ilə bağlı xəbər və hadisələri izləyirdi.

O da Livan, Fələstin, İraq, Əfqanıstan və Misirdə, həmçinin dünyanın əksər nöqtələrində İran İslam İnqilabının və İmam Xomeyni(r.ə)-in digər vurğunları kimi öz ölkəsində İmam Xomeyni(r.ə)-in qurtuluş amallarına və Ayətullahuluzma Xameneinin rəhbərliyinə səmimi qəlbdən bağlandı və bu yolda cihad edərək, müqavimət göstərdi. O, ömrünün sonunadək bu meydanda aşiqcəsinə və yorulmadan mübarizə apardı.

Azərbaycan Respublikası İslam Partiyasının mərhum rəhbəri 2011-ci il martın 17-də, cümə axşamı günü, Bakının Nardaran qəsəbəsindəki şəxsi mənzilində Allah-Taalanın buyurduğu tərzdə həyata sürüb, müqəddəs İslam dininin yayılması yolunda qırx il cihad etdikdən sonra 71 yaşında dünyasını dəyişdi və Nardaranda “Rəhimə Xatun” imamzadə türbəsinin kənarında dəfn olundu.