Bakı və İrəvan Qarabağ müzakirələrinin davam etdirilməsi haqda razılığa gəliblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i337790-bakı_və_İrəvan_qarabağ_müzakirələrinin_davam_etdirilməsi_haqda_razılığa_gəliblər
Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri Vyanada keçirdikləri ilk rəsmi görüşlərində Qarabağ məsələsinin həlli barədə birbaşa danışıqlar haqda razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2019 10:06 Asia/Baku
  • Bakı və İrəvan Qarabağ müzakirələrinin davam etdirilməsi haqda razılığa gəliblər
    Bakı və İrəvan Qarabağ müzakirələrinin davam etdirilməsi haqda razılığa gəliblər

Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri Vyanada keçirdikləri ilk rəsmi görüşlərində Qarabağ məsələsinin həlli barədə birbaşa danışıqlar haqda razılığa gəliblər.

Bu iclasdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyanatda bildiriblər ki, iki tərəf danışıqlara dəstək məqsədilə öz xarici işlər nazirlərinə göstəriş veribdir ki, Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupunun həmsədrləri ilə iclaslar keçirsinlər.

Rusiya, Fransa və Amerikadan ibarət olan Minsk Qrupunun həmsədrləri vurğulayıblar ki, hazırdakı müzakirələr olduqca konstruktivdir, zira Əliyev və Paşinyan bu məsələnin dinc həlli istiqamətində tədbirlərin görülməsi vacibliyini vurğualyıblar.

Həmçinin iki tərəf atəşkəsin qorunması və iki ölkə arasında birbaşa əlaqələrin yaxşılaşdırılmasının önəmini vurğulayıb və təmas xəttində humanitar addımların atılması barədə razılığa gəlibdir.