Azərbaycan R-da qanlı qəza: 8 nəfər ölüb, 1 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i339583-azərbaycan_r_da_qanlı_qəza_8_nəfər_ölüb_1_nəfər_yaralanıb
Azərbaycan Respublikasında Gəncə-Daşkəsən istiqamətində hərəkət edən "Lada" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər ölüb, 1 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2019 12:28 Asia/Baku
  • Azərbaycan R-da qanlı qəza: 8 nəfər ölüb, 1 nəfər yaralanıb
    Azərbaycan R-da qanlı qəza: 8 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycan Respublikasında Gəncə-Daşkəsən istiqamətində hərəkət edən "Lada" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər ölüb, 1 nəfər də yaralanıbdır.

Bu qanlı qəza hadisəsində dörd qadın, iki uşaq və iki kişi həlak olub və daha bir xanım yaralanaraq, xəstəxanaya köçürülübdür.

Hadisə Gəncə-Daşkəsən istiqamətində, Göygöl ərazisində baş verib.