İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkid
https://azeri.sahartv.ir/news/azərbaycan-i339674-İran_və_azərbaycan_arasında_mədəni_əlaqələrin_inkişafına_təkid
İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Ümumdünya Mədəniyyətlərarası Dialoq Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Bakıya olan səfəri çərçivəsində bu gün günorta Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafına təkid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2019 12:32 Asia/Baku
  • İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkid
    İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkid

İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Ümumdünya Mədəniyyətlərarası Dialoq Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Bakıya olan səfəri çərçivəsində bu gün günorta Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafına təkid edilib.

İRİB-nin bildirdiyinə görə, İbrahimi Türkəman ilə Əbülfəz Qarayev arasında baş tutan görüşdə tərəflər mədəniyyət sahəsində imzalanmış əməkdaşlıq sənədləri əsasında əməkdaşlıqların hazırkı durumunu analiz etdikdən sonra, bu əməkdaşlıqların daha artıq inkişaf etdirilməsinə təkid ediblər.

İbrahimi Türkəman bu görüşdən sonra İRİB-nin müxbirinə verdiyi müsahibədə iki ölkənin yaxşı əlaqələrə malik olduğuna işarə edərək, deyib: bu görüşdə əldə olunan razılığa görə, bu əlaqələrin daha artıq inkişaf etdirilməsinə səy göstəriləcək. Anlaşmaya əsasən cari ildə hər iki ölkədə mədəniyyət və film həftələrinin keçirilməsi qərara alınıb. Həmçinin, İran cari ilin payızında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisində daha aktiv iştiraka malik olacaq.