Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i339676-dağlıq_qarabağ_azərbaycanlıları_cəmiyyətinin_sədri_İranın_azərbaycandakı_səfiri_ilə_görüşüb
Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri bu gün Bakıda İranın Azərbaycandakı səfiri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2019 13:07 Asia/Baku
  • Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb
    Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb

Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri bu gün Bakıda İranın Azərbaycandakı səfiri ilə görüşüb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu görüşdə müzakirə olunan mövzular haqda dedi: İran İslam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib və bu görüşün də çox yaxşı nəticələri oldu. Görüşdə qərara alındı ki, bu cəmiyyət İranda oxşar qrumlar ilə sıx əməkdaşlığa malik olsun. 

C.Cahangirzadə İran İslam Respublikasının müharibə didərginləri üzrə dəyərli təcrübələrə malik olduğuna işarə edərək, dedi: İclasda qərara alındı ki, bu əlaqələr mediya, ziyalılar və mütəfəkkirlər səviyyəsində davam etdirilsin və mövcud potensiallardan əməkdaşlıqların genişləndirilməsi istiqamətində istifadə edilsin. 

İran İslam Respublikasının Azərbaycandakı səfiri iki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələrin yaxşı səviyyədə olduğuna işarə edərək, dedi: İki ölkədəki ictimai qrumlar arasında əlaqələrin genişləndirilməsi əlaqələrin daha artıq möhkəmlənməsinə kömək edə bilər.