Şimal-cənub marşrutu üzrə yüklərin daşınmasının artırılması yolları araşdırıldı
May 28, 2019 17:05 Asia/Baku
-
Şimal-cənub marşrutu üzrə yüklərin daşınmasının artırılması yolları araşdırıldı
Azərbaycan Respublikasının yol, rabitə və texnologiya nazirinin Moskvaya səfəri zamanı şimal-cənub nəqliyyat marşrutu üzrə yüklərin daşınmasının artırılması yolları araşdırıldı.
İRİB-nin bildirdiyinə görə, Ramin Quliyev Moskvaya səfəri zamanı Rusiyanın yol naziri Yevgeni Ditrix ilə görüşüb. Görüşdə İran, Azərbaycan və Rusiya arasında şimal-cənub nəqliyyat marşrutunun inkişaf etdirilməsi və idarə olunmasına dair yeni işçi qrupunun yaradılması haqda razılıq əldə olunub.
Bu görüşdə həmçinin, Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlər habelə, Samur çayı üzərində daha bir körpünün quraşdırılması müzakirə edilib.