Bakıda keçirilən finalıda "Çelsi qalib gəlib
-
Bakıda keçirilən finalıda "Çelsi qalib gəlib
Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib.
Avropa Liqasının Bakıda keçirilən final matçında İngiltərənin iki klubunun qarşılaşmasında Chelsea klubu Arsenalı 4-1 hesabı ilə məğlub edib.
İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub.
Final matçının Bakıda keçirilməsi qərarına görə həm komandalar, həm də onların azarkeşləri UEFA-nı kəskin tənqid etmişdilər.
Azarkeşlərin əksəriyyəti final oyununun keçirildiyi şəhərin uzaqlığına görə komandaları ilə birlikdə hərəkət edə bilməmişdilər. Bu səbəbdən 70 minlik Olimpiya stadionunda çox sayda boş yerlər vardı.
AP agentliyi yazır ki, Arsenal klubunun erməni yarımmüdafiəçisi Henrikh Mkhitaryan-ın bu oyunda iştirak edə bilməməsi də oyunun nəticəsinə təsirsiz ötüşməyib.
Azərbaycanın rəsmi saytları yarışı möhtəşəm Bakı finalı adlandırıblar.